Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb

22.06.2022,11:33


22 iyun, Fineko/abc.az. Böyük Britaniyada inflyasiya, yanacaqdan qidaya, elektrik enerjisindən içkilərə qədər geniş miqyaslı qiymət artımları ilə 40 ilin ən yüksək səviyyəsinə çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, illik istehlak inflyasiyası apreldə olan 9 faizdən may ayında 9,1 faizə yüksəlib.

Aprel ayında yüzdə 2,5 olaraq qeydə alınan aylıq istehlak qiymətləri artımı, may ayında yüzdə 0,7 oldu. Hər iki inflyasiya məlumatları iqtisadçıların gözləntilərinə uyğun gəlir. Qeyd edək ki, şimal ölkəsində əlavə enerji qiymətləri artımı ilə inflyasiyanın daha da artacağı gözlənilir.