Bank sektorunda ən çox artan kreditlər - Siyahı

14:39 - 22.06.2022


22 iyun, Fineko/abc.az. 2022-ci ilin may ayında bankların cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 257.9 milyon manat artaraq 18 milyard 98.3 milyon manata çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən may ayında biznes kreditləri 85.7 milyon manat artaraq 10 milyard 414 milyon manata, istehlak kreditləri 134,8 milyon manat artaraq 5 milyard 75.4 milyon manata, ipoteka kreditləri isə 37,4 milyon manat artaraq 2 milyard 608.9 milyon manata çatıb. 

2022-ci ilin ilk 5 ayında (yanvar-may) bankların cəmi kredit portfeli 1 milyard 439.2 milyon maant, o cümlədən biznes kreditləri 674 milyon manat, istehlak kreditləri 557 milyon manat, ipoteka kreditləri isə 208.2 milyon manat artıb.

 

Bütün xəbərlər