Şri-Lanka Baş naziri iqtisadi çöküş yaşadıqlarını etiraf etdi

15:10 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Şri-Lankanın Baş naziri Ranil Vikremesinqhe aylardır tarixin ən pis böhranını yaşayan ölkəsinin iqtisadiyyatının çökdüyünü və neft idxalının pulunu belə ödəyə bilməyəcəklərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Şri-Lankanın baş naziri R.Vikremesinqe parlamentdəki çıxışında deyib ki, ölkəsi yanacaq, qaz, elektrik enerjisi və ərzaq qıtlığından başqa ciddi vəziyyətlə üzləşib:

“İqtisadiyyatımız tamamilə çöküb. ifadəsini işlətdi. Neft idxalının belə ödənilə bilməyəcəyini söyləyən Vikremesinqhe, hökumətin böhranı geri qaytarmaq şansını əldən verdiyini ifadə edib. Şri-Lankalılar hazırda yanacaq çatışmazlığı, elektrik enerjisinin kəsilməsi, ərzaq və nəqliyyat qiymətlərinin artması ilə mübarizə aparır".

Bütün xəbərlər