İxracı azalan meyvələr - Siyahı

16:38 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 219 242,95 min ABŞ dolları dəyərində 192 263,4 ton meyvə-tərəvəz ixrac edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, hesabat dövründə, 91 049,7 min dollar dəyərində 75 772,02 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 4,6% çox və 0,3% azdır.

Cari ilin yanvar-may ayları ərzində 53 760,41 min dollar dəyərində (39,3% artım) 9 576,5 ton (artım 49,8%) meşə fındığı ixrac olunub. Ölkədən həmçinin, 12 043,36 min dollar dəyərində 18 117,58 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 14,1% artım, həcm olaraq isə 24,7% azalma müşahidə olunub.

Bütün xəbərlər