Azərbaycanda dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi prosesi tam avtomatlaşdırıldı

12:23 - 21.05.2018


21 may, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərracın  keçirilməsi üzrə prosedurların təkmilləşdirilməsini davam etdirir.

Komitə məlumat verib ki, iyunun  20-də keçiriləcək növbəti  hərracda 114 obyekt çıxarılacaq.

Məlumatda deyilir ki, bundan sonra elektron qeydiyyatdan əlavə, iştirakçı statusu əldə etmək üçün online xidmətlər və prosesin onlayn monitorinqi mümkün olacaq. Beləliklə, bütün özəlləşdirmə prosesi tam avtomatlaşdırılmışdır.

 

Bütün xəbərlər