Qubadakı qum çınqıl yatağını yerli şirkət aldı

17:33 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Yerin təkindən istifadə ilə bağlı 22 iyun 2022-ci il tarixində keçirilmiş hərracın nəticələri açıqlanıb.

ABC.AZ xəbər verir ki, Quba rayonu “Babaçay” qum-çınqıl yatağının 5 və 3 hektar sahəsi istifadəyə verilib.

Hərraca çıxarılan “Babaçay” qum-çınqıl yatağının LOT-1, LOT-2, LOT-3, LOT-4 və LOT-5 üzrə qalibi “MSDİS Holding” MMC olub.

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Bütün xəbərlər