Səfər Mühdiyev həbs edilmiş gömrük generalını işdən çıxardı

23.06.2022,10:22


23 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.

ABC.AZ Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib.

Əməliyyat nəticəsində Ehtiram Xəlilovun saxlanıldığı iddia edilir.