Qazaxıstana birbaşa xarici investisiyalar 25,5 milyard dollara çatıdırılacaq - Bu ildə

10:32 - 23.06.2022


23 iyun, Fineko/abc.az. Qazaxıstan hakimiyyəti 2026-cı ildə birbaşa xarici investisiya axınını 25,5 milyard dollara çatdırmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə hökumətin iclasında milli iqtisadiyyat nazirinin birinci müavini Timur Jakslykov bildirib.

O qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Milli İqtisadiyyat Nazirliyi Dünya Bankının iştirakı ilə dövlət qurumları və təşkilatları ilə birlikdə Qazaxıstan Respublikasının 2026-cı ilə qədər investisiya siyasəti konsepsiyasının layihəsini hazırlayıb.

"Əsas Konsepsiya layihəsində nəzərdə tutulan hədəf göstəricilər 2026-cı ilə kimi əsas kapitala investisiyaların səviyyəsini ÜDM-in 25,1%-ə və birbaşa xarici investisiya axınını 25,5 milyard dollara çatdırmaqdır”, - deyə o bildirib.

Bütün xəbərlər