Azərbaycanda elektron ticarət vasitəsilə 5 milyard 821 milyon mantlıq nağdsız ödənişlər aparılıb

12:18 - 23.06.2022


23 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda ödəniş kartları ilə nağdsız ödənişlərin həcmi 1 milyard 810 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, xüsusilə, elektron ticarət vasitəsilə ödənişlərin həcmində artım müşahidə edilr.

2022-ci ilin yanvar-may dövründə ATM-lər ilə 11 milyon manatlıq, POS-terminallar ilə 2 milyard 10 milyon manatlıq, elektron ticarət vasitəsilə 5 milyard 821 milyon mantlıq nağdsız ödənişlər aparılıb.

2021-ci ilin eyni dövründə ATM-lər ilə 19 milyon manatlıq, POS- terminallar ilə 1 milyard 437 milyon manatlıq, elektron ticarət vasitəsilə 2 milyard 41 milyon manat nağdsız ödənişlər həyata keçirilmişdi.

Göründüyü kimi, elektron ticarət vasitəsilə nağdsız ödənişlər 2,9 dəfə artıb.

May ayında nağdsız ödənişlər elektron ticarət vasitəsilə 1 milyard 373 milyon manat təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək aylıq həcmdir.

Bütün xəbərlər