Depozit hərracında 800 milyon manatdan çox təklif edildi

14:00 - 21.05.2018


21 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit  hərracını uğurla keçirib.

AMB-dan verilən məlumata əsasən,  hərracda 350 milyon manat cəlb etmək planlaşdırılmışdır.

“Depozit hərracına  836,3 milyon manat təklif edilmişdir. Orta  ölçülmüş faiz dərəcəsi  8,01% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər