İlham Əliyev Aleksandr Vuçiç ilə görüşdü

14:54 - 21.05.2018


21 may, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Serbiya  prezidenti Aleksandr Vuçiç ilə görüşü olub.

Görüş, təkbətək formatında keçirilib.

Görüşdə  Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin təkbətək görüşündən sonra nümayəndə heyətləri ilə geniş tərkibli görüş keçirilib.

 

 


Bütün xəbərlər