Lavrov: Ermənistan tərəfi danışıqlar aparmağa hazırdır

10:34 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır.

ABC.AZ  xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Prezident İlham Əliyevlə görüşündə deyib.

"Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq." - rusiyalı nazir əlavə edib.

Bütün xəbərlər