Aİ Ukrayna və Moldovaya “namizəd ölkə” statusu verir

11:23 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya “namizəd ölkə” statusu vermək qərarına gəlib.

ABC.AZ xəbər verir ki, qərar Aİ liderlərinin Brüsseldə keçirilən sammiti zamanı elan edilib.

Avropa Şurasının sədri Çarlz Mişel sosial mediada Ukrayna və Rumıniya dillərində verdiyi açıqlamada qərarı “tarixi” adlandırıb.

“Bugünkü qərar Aİ-yə doğru çox mühüm addımdır”. deyən Mişel, Ukrayna və Moldova xalqlarını təbrik etdi.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sandu təbrik edərək, "Ölkələriniz Avropa ailəsinin bir hissəsidir. Liderlərin bugünkü tarixi qərarları bunu təsdiqləyir" deyib. ifadəsini işlətdi.

Komissiya Gürcüstan üçün isə Avropa perspektivini təqdim etməsi və meyarlara cavab verməsi şərti ilə onun vəziyyətinin daha sonra yenidən qiymətləndirilməsini tövsiyə edib.

Qeyd edək ki, namizəd statusu ölkənin uzunmüddətli Aİ-yə üzvlük prosesində ilk addımdır. Ölkəyə namizəd statusu verildikdən sonra şərtlər yerinə yetirildiyi təqdirdə üzvlüklə bağlı danışıqlar mərhələsi başlayır. Üzvlük danışıqlarının başlaması isə illər çəkə bilər.

Bütün xəbərlər