“Almaniya qaz böhranındadır” - nazir Robert Habek

12:25 - 24.06.2022


24 iyun, Fineko/abc.az. “Biz qaz böhranındayıq . Mümkünsə, qaz istehlakı azaldılmalıdır. Əks halda çətin olacaq”.

ABC.AZ xarici mediyaya istinadla xəbər veir ki, bunu ölkənin iqtisadiyyat naziri Robert Habek deyib.

Nazirin sözlərinə görə, bütün bazar prosesləri dayandırılacaq və uzun müddət bəzi sənayelər üçün fəlakət olacaq. Bütün bölgələr sənaye komplekslərini itirə bilər, bu da bəzi almanların iş yerlərini itirməsinə səbəb ola bilər.

Nazir ölkə sakinlərini qaz istehlakını mümkün qədər azaltmağa çağırıb, lakin etiraf edib ki, əhalinin bəzi kateqoriyaları üçün bu, digərlərinə nisbətən daha çətin ola bilər.

Bütün xəbərlər