Şuşadakı binaların tikintisini bu şirkətə həvalə etdilər

14:17 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkəti müəyyən edib.

İdarədən ABC.AZ-a daxil olan məlumata görə, Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.

9 şirkətin təqdim etdiyi təkliflər qiymətləndirilib və komissiyanın qərarı ilə “CONCO” QSC ilə müqavilə bağlanıb: “Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq. Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq”.

Qeyd edək ki, “Conco” QSC Bakıda MİDA-nın sifarişi ilə sosial mənzil kompleksində bir neçə binanın tikintisini də həyata keçirib.

Bütün xəbərlər