Naxçıvanla Məşhəd arasında dəmir yolu açılır?

14:25 - 24.06.2022


24 iyun, Fineko/abc.az. “Naxçıvanla İranın Məşhəd şəhəri arasında dəmir yolu xətti var. Bu yolun açılması çox yaxşı olardı”.

ABC.AZ xəbər verir ki, bunu Naxçıvana səfəri çərçivəsində İranın Şərqi Azərbaycan Vilayətinin Səyahət Agentlikləri Assosiasiyasının rəhbəri Rəşid Rəcbpur deyib.

O daha sonra sözlərinə belə davam edib: “Biz istəyirik ki, iki ölkə arasında gediş-gəliş artsın. Naxçıvandan İrana daha çox alış-veriş və tibbi məqsədlər üçün gəlirlər. Bizim istəyimiz budur ki, dəmri yolu açılsın, Naxçıvanlılar Məşhədə rahat gələ bilsinlər. İndi onlar əvvəlcə Təbrizə, oradan da Məşhədə gəlirlər”.

Bütün xəbərlər