Azərbaycanda QDTİB yardımından bəhrələnən 400-dən çox şirkət var - Həsən Dəmirxan

15:34 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumu keçirilib.

ABC.AZ xəbər verir ki, forumda bəzi məsələlər müzakirə olunub.

Bankın vitse-prezidenti Həsən Dəmirxan forumda bildirib ki, Azərbaycanda QDTİB yardımından bəhrələnən 400-dən çox şirkət var.

"Bizim bankın rolu təkcə maliyyə imkanlarının təmin edilməsindən ibarət deyil”.

O, gələcək planlar haqqında danışarkən ötən illərdəki təcrübələri də xatırladıb:

“Əgər biz indi işimizin şaxələndirilməsindən danışırıqsa, o zaman yeni strukturların yaradılması da vacibdir. Eyni zamanda, yerli valyutanın maliyyələşdirilməsi də nəzərdən qaçmamalıdır. Bu, xüsusilə iqtisadiyyatı bir məhsuldan, məsələn neftdən, qazdan asılı ölkələr üçün vacibdir. Azərbaycan iqtisadiyyatına nəzər salanda görürük ki, neft-qaz ÜDM-nin 50%-dən artığını təşkil edir. Bu faiz həm ixracatda, həm də büdcəyə daxilolmalarda müşahidə olunur”.

Bütün xəbərlər