"Toyota Motor"un prezidenti rekord məbləğdə mükafat alıb

15:44 - 24.06.2022


24 iyun, Fineko/abc.az. 2021-ci maliyyə ilinin nəticələrinə görə (31 mart 2022-ci ildə başa çatıb) Yaponiyanın ən böyük avtomobil korporasiyası "Toyota Motor"un prezidenti Akio Toyoda şirkətin tarixində rekord məbləğdə - 685 milyon yen (cari məzənnə ilə 5 milyon dollardan çox) mükafat alıb.

Bu, ötən il ona ödənilən 240 milyon yen (təxminən 1,8 milyon dollar) mükafatdan çoxdur.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Toyota Motor" şirkətinin 2021-ci maliyyə ilində tarixində ən yüksək gəlir və mənfəət əldə etməsinə rəhbərlik etdiyinə görə Akio rekord qıran mükafata layiq görülüb.

Korporasiyanın yuxarı rəhbərliyi əmək haqqı deyil, onların fəaliyyətinin nəticələrinə əsasən müəyyən edilən il üzrə birdəfəlik ödəniş alırlar.

Bütün xəbərlər