Qiyabi təhsil alan tələbələrə də kredit verilə bilər

15:56 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə təklif irəli sürüləcək.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Fonddan bunları qeyd ediblər: “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” Qaydasına görə , Təhsil tələbə krediti Universitetlərin, bakalavriat, magistratura (rezidentura), səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilir. "Sözügedən qaydalara qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Fondun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcəkdir".

Bütün xəbərlər