Samir Şərifov QDTİB-ni Qarabağda bərpa işlərinə dəstək verməyə çağırıb

16:51 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankını Azərbaycanın erməni işğalından azad edilən torpaqlarında aparılan bərpa-quruculuq işlərinə dəstək verməyə çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının Bakıda keçirilən toplantısında çıxışında bildirib.

Maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankını işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək verməyə bu prosesdə iştirak etməyə çağırıb.

"Azərbaycan Cənubi Qafqaz regionunun əməkdaşlıq və inkişaf məkanına çevrilməsi arzusundadır. Vətən müharibəsində qələbə qazanaraq öz əraziləri üzrə süveren hüquqlarını bərqərar edən Azərbaycan dövləti müharibə bitdikdən dərhal sonra öz maliyyə imkanları hesabına 30 ilə yaxın hərbi işğal dövründə Ermənistan tərəfindən dağıdılmış və talan edilmiş Qarabağda, Şərqi-Zəngəzurda tikinti-quruculuq işlərinə başladı və kütləvi minalanmanın yaratdığı çətinliklərə baxmayaraq, bərpa və quruculuq işləri bu gün də sürətli şəkildə davam etdirilməkdədir", - deyə nazir bildirib.

Bütün xəbərlər