Azərbaycanda yeni Fond yaradılacaq

24.06.2022,17:31


24 iyun, Fineko/abc.az. Azərbaycanda KOB İnkişaf Fondunun yaradılması planlaşdırılır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Biz hazırda kiçik və orta biznesin maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik”, - deyə o, bu gün “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində Qara Dəniz Ticarət və İnkişaf Bankının rolu” adlı konfransda çıxışı zamanı bildirib.

O.Məmmədovun sözlərinə görə, Fond KOB nümayəndələrinə qrantlar və texniki yardımlar təklif edəcək. “İnvestisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud göstəricilərdən daha aşağı olacaq. KOB İnkişaf Fondunun təşkilati-hüquqi forması Açıq Səhmdar Cəmiyyəti olacaq ki, bu da öz növbəsində, dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların vəsaitlərini cəlb etmək imkanı yaradacaq”, - deyə sədr vurğulayıb.