Adanada neft aşkarlandı - Ərdoğan şad xəbəri açıqladı

10:12 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Adanada yüksəkkeyfiyyətli neft aşkarlanıb.

ABC.AZ xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən yataqdakı ehtiyat təxminən bir milyard dollar qiymətləndirilib.

Gündəlikdə duran digər məsələlər barədə danışan dövlət başçısı, inflyasiyaya qarşı tədbirlər, əməkhaqqının artırılması, terrorçuluqla mübarizə məsələsinə də toxunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər