Rusiyalı milyarderin yaxtasına həbs qoyuldu - İndi isə satışa çıxarılacaq

10:36 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Cəbəllütariq hökuməti tərəfindən həbs edilərək sanksiyaya məruz qalmış rusiyalı milyarder Dmitri Pumpyanskiyə məxsus "Axioma” yaxtası hərracda satılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "Forbes” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, sözügedən yaxta mart ayında həbs edilib.

Qeyd olunur ki, yaxta kreditorların maraqları daxilində həbs edilmiş ola bilər.  Nəşrin məlumatına görə, Pumpyanski Axioma-nı 68,84 milyon dollara alıb.

Dmitri Pumpyanski martın 9-da AB sanksiyaları altına düşüb və ertəsi gün 90,6% səhmlərinin sahibi olduğu Boru Metallurgiya Şirkətinin benefisiarlarını və direktorlar şurasını tərk edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər