“Lufthansa” aviaşirkəti bu qədər reysi ləğv edib

28.06.2022,10:48


28 iyun, Fineko/abc.az. Almaniyanın “Lufthansa” aviaşirkəti 3000-dən çox reysi ləğv edib.

ABC.AZ xəbər verir ki, bu barədə Şirkət özü açıqlama yayıb. Şirkət bunu işçi çatışmazlığı ilə izah edib.

Bildirilib ki, koronavirus məhdudiyyətlərinin ləğvindən sonra təyyarə istifadəçilərinin sayı kəskin artıb.

“Lufthansa”nın törəməsi olan “Eurowings” də ay ərzində minədək uçuşu ləğv edib.