Ötən il "PAŞA Bank Gürcüstan" böyük məbləğdə zərər edib

11:52 - 28.06.2022


28 iyun, Fineko/abc.az. 2021-ci ili "PAŞA Bank Gürcüstan" 2 milyon 124 min manat xalis zərər edib.

ABC.AZ xəbər verir ki, bu barədə 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev və "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə İnzibatçısı Bəhruz Nağıyev məlumat veriblər.

Tədbirdə qeyd edilib ki, 2020-ci ili "PAŞA Bank Gürcüstan" 10 milyon 749 min manat xalis zərər, "PAŞA Bank Türkiyə" isə 7 milyon 651 min manat xalis mənfəət ilə bağlamışdı.

"Ötən ilin sonunda "PAŞA Bank Türkiyə" 60 nəfərlik, "PAŞA Bank Gürcüstan" isə 311 nəfərlik kollektivə malik olub", - deyə mətbuat konfransında bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər