12:15 - 28.06.2022
28 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda "Linkedin" sosial şəbəkə istifadəçilərinin sayı aprel ayı ilə müqayisədə 3,5% və ya 20 min nəfər artıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, iyunun 1-i tarixinə ölkə üzrə 593 min nəfər aktiv "Linkedin" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 5,8%-ni təşkil edir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21,2% və ya 103,7 min nəfər artıb.
“Linkedin”in ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (340 min) ibarət olub ki, bu da ölkə üzrə bu şəbəkənin ümumi istifadəçilərin sayının 57,3%-ni təşkil edib. İstifadəçilərin 28,7%-i və ya 170 min nəfəri 18-24 yaş kateqoriyasına, 13%-i və ya 77 min nəfəri 35-54 yaş kateqoriyasına, 1%-i və ya 6 min nəfəri isə 55 və ya yuxarı yaş kateqoriyasından olublar.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024