Bu otel şəbəkələrinin sahibi Rusiyada fəaliyyətini dayandıracaq

12:29 - 28.06.2022


28 iyun, Fineko/abc.az. “Holiday Inn” və “Crowne Plaza” hotel şəbəkələrinin sahibi olan Böyük Britaniyanın “InterContinental Hotel Group” (IHG) şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandıracağını açıqlayıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"Hazırda biz dəyişən Böyük Britaniya, ABŞ və Avropa İttifaqının sanksiyalar rejiminə uyğun olaraq Rusiyadakı bütün əməliyyatları dayandırmaq prosesindəyik”, – deyə şirkətdən bildirib.

Eyni zamanda şirkət Ukrayna və Rusiyadan olan işçiləri dəstəkləməyə davam etdiyini vurğulayıb.

Bütün xəbərlər