Valyuta hərracında banklar tələbi 71% azaldıb

12:37 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 28-də keçirilən valyuta hərracında $11,6 mln satılıb bu, ötən hərracda olduğundan $28,7 mln (71,22%) azdır.

"Banklar tərəfindən valyuta hərracında tələb  $11,6 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Bütün xəbərlər