Füzulidə yaşayış binalarının tikintisi üçün tender elan edilib

15:05 - 28.06.2022


28 iyun, Fineko/abc.az. “MİDA” MMC Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1200 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 10.08.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əliyev Vüqar, telefon : (+99412) 594-54-01, daxili 239

Bütün xəbərlər