Gürcüstan buğda və arpa ixracını qadağan etdi

15:22 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Gürcüstan hökuməti iyulun 4-dən buğda və arpa ixracına bir illik qadağa tətbiq edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qadağanın səbəbi belə izah edilib.

“Regionda yaranmış vəziyyətlə əlaqədar olaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yerli istehsal olunan buğda və arpanın satışının yalnız daxili bazarda həyata keçiriləcək. Hökumət bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda istehsal olunan buğda və arpanın ixracını qadağan etmək qərarına gəlib”, – hökumətdəki mənbə bildirib.

Bütün xəbərlər