"Turbo.az"ın sahibinin sərvəti 1 milyard dollar azalıb

16:54 - 28.06.2022


28 iyun, Fineko/abc.az. Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün  - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti son bir ildə 1 milyard dollar azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı məşhur “forbes.com” portalı açıqlayıb.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Lomtadze, eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.

“Forbes”in 2021-ci ildə (may) açıqladığı məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 3,2 milyard dollar sərvəti olub. Ötən ilki siyahıda Lomtadze Qazaxıstanın ən varlı şəxsləri arasında 12-ci sırada yer alıb.

Bütün xəbərlər