Bakıdakı kafelərdən birində baş verən partlayış nəticəsində iki nəfər həlak oldu

17:07 - 21.05.2018


21 may, Fineko/abc.az. Bu gün Bakının Binəqədi rayonunda dəmir konstruksiyalardan tikilmiş  kafedə  propan qaz balonu partlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatında  bildirilir ki, kafenin sahəsi 25 kvadrat metr təşkil edir.

Partlayış nəticəsində şəxsiyyəti hələ müəyyənləşdirilməyən iki nəfər (kişi və qadın) həlak olub. Daha iki nəfər (Natiq İbrahimov, 44 yaş və Şəkər İbrahimova, 53 yaş) yaralanıb və xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

 

Bütün xəbərlər