"Silk Way West Airlines" 2 yük təyyarəsi aldı

17:31 - 28.06.2022


28 iyun, Fineko/abc.az. "Silk Way West Airlines" "Airbus" ilə 2 "A350" yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır.

ABC.AZ xəbər verir ki, razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub.

İki şirkət arasında olan ilk saziş 28 iyun 2022-ci il tarixində Bakıda Silk Way West Airlines-ın prezidenti Volfqanq Mayerin və Airbus şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri Vouter Van Vörşin iştirak etdiyi mərasimdə imzalanıb.

Bütün xəbərlər