Neft ötən gün artdıqdan sonra ucuzlaşır, Brent barrel başına $117 təşkil edir

09:40 - 29.06.2022


29 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü, ötən gün yüksəldikdən sonra ticarətdə azalır.

Saat 09:22-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $0,98 (0,83%) - barrel başına $117,00-a qədər ucuzlaşıb. 28 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $2,89 (2,51%) - barrel başına $117,98-ə yüksəldi.

Saat 09:25-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersləri $0,64 (0,57%) - barrel başına $111,12-ə azalıb. 28 iyun ticarətinin nəticələrinə görə, WTI-nin avqust ayı üçün fyuçersinin qiyməti $2,19 (2,00%) - barrel başına $111,76-ə yüksəldi.


Bütün xəbərlər