ABŞ Rusiyanın təyyarə istehsalçısına da sanksiya tətbiq etdi

10:51 - 29.06.2022


29 iyun, Fineko/abc.az. Rusiyanın MiG və Sukhoi təyyarələrinin istehsalçısı olan Birləşmiş Təyyarə Korporasiyası da ABŞ-ın sanksiya siyahısına əlavə edilib.

ABC.AZ xəbər verir ki, sanksiyalar siyahıaında ABŞ Dövlət Departamentinin 45 təşkilat və 29 nəfər də var.

Sözügedən sanksiyalar Ukraynada insan haqları pozuntuları səbəbilə tətbiq edilib.

Sanksiya çərçivəsində ABŞ Xarici İşlər Nazirliyi Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini təhdid etdiyi güman edilən 500-dən çox rusiyalı hərbçi və məmura viza məhdudiyyəti tətbiq edəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər