Ankara İsveç və Finlandiyaya "yaşıl işıq" yandırdı

29.06.2022,11:29


29 iyun, Fineko/abc.az. Prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında keçirilən dördtərəfli görüşdən sonra tərəflər arasında “Üçlü Memorandum” imzalanıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Memorandumda NATO baş katibi Stoltenberqin yardımı ilə bir araya gələn Türkiyə, Finlandiya və İsveç nümayəndələrinin aşağıdakı məsələlərdə razılığa gəldiyi bildirilib.

"Türkiyə, Finlandiya və İsveç Vaşinqton Müqaviləsində təsbit olunmuş prinsip və dəyərlərə sadiq olduqlarını bildirirlər. Alyansın ən fundamental elementlərindən biri birbaşa təhlükə yaradan terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə tam həmrəylik və əməkdaşlıqdır. Gələcək NATO müttəfiqləri olaraq Finlandiya və İsveç Türkiyəni milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstəkləyəcəklər. Bu çərçivədə Finlandiya və İsveç PYD-ni dəstəkləməyəcək", - deyə Memorondumla bağlı açıqlanan məlumatda qeyd edilib.