“Bakı Ayaqqabı Fabriki” özəlləşdirməyə çıxarılacaq

12:23 - 29.06.2022


29 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Bakı Ayaqqabı Fabriki” ASC-nin özəlləşdirilməsi məqsədilə yaxın zamanda investisiya müsabiqəsi keçiriləcək.

ABC.AZ xəbər verir ki, yaxın günlərdə özəlləşdirməyə potensial investorların cəlb edilməsi məqsədilə fabrikin fəaliyyəti, infrastrukturu, təchizatı barədə ictimaiyyət məlumatlandırılacaq.

Fabrik Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşir. 

"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında bu günlərdə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3 milyon 45 min 102 manat və yaxud 38,8 % azaldılaraq 10 milyon 896 min 896 manatdan 7 milyon 851 min 794 manata endirilib.

Bütün xəbərlər