Türkiyə şirkəti ABŞ-ın dərman istehsalçısını alır - 135 milyon dollarlıq müqavilə

29.06.2022,14:54


29 iyun, Fineko/abc.az. Türkiyənin "Eczacıbaşı İlaç" şirkəti ABŞ-ın dərman istehsalçısı "Amgen"dən generik dərmanlar və əczaçılıq xammalı istehsalçısı olan "Gensenta İlaç"ın təxminən hamısını 135 milyon dollara almaq üçün müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Şirkətin İctimaiyyəti Məlumatlandırma Platforması məlumat yayıb.

Qeyd edilib ki, "Gensenta"nın səhmlərinin təhvil verilməsi tənzimləyici orqanların təsdiqinə tabe olacaq. Ödəniş payın köçürülməsi ilə eyni vaxtda olacaq.

Müəllif: Elmir Murad