Bu Fond 43 sahibkarlıq subyektinə 7,6 milyon manat olan kreditlər verib

29.06.2022,15:52


29 iyun, Fineko/abc.az. Dövlət zəmanətli kredit və subsidiya mexanizmi 2022-ci ildə başa çatıb və bu proqram çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verilib. Zəmanət verilmiş kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.

ABC.AZ xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.

Məlumata görə, mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.

Hazırda turizmin müxtəlif sahələri üzrə layihələrin güzəştli kredit hesabına maliyyələşdirillməsi davam etdirilir.