Neftin qiyməti müxtəlif istiqamətdə dəyişir, Brent - barrel başına $115,89 təşkil edir

09:35 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində müxtəlif istiqamətdə dəyişir və iyun ayını azalma ilə tamamlayır.

London ICE Futures birjasında  Brent neftinin avqust fyuçersləri saat 09:15 - də barrel başına $0,37 (0,32%) azalıb və $115,89 təşkil edib. 29 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $1,72 (1,46%) - barrel başına $116,26-a qədər azalıb.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində  WTI neftinin  avqust fyuçersləri saat 09:17-də $0,17 (0,15%) - barrel başına $109,95-ə yüksəldi. 29 iyun ticarətinin nəticələrinə görə,   WTI neftinin avqust  fyuçers qiyməti $1,98 (1,77%) - barrel başına $109,78-ə düşüb.


Bütün xəbərlər