Milli Müdafiə Universitetinə rektor təyin edilib

10:48 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinə rektor təyin olunub.

ABC.AZ xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, bu vəzifəyə professor, general-leytenant Heydər Piriyev təyinat alıb.

Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək Milli Müdafiə Universitetinin rektoru vəzifəsini əvəz edirdi.

O, daha əvvəllər Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi vəzifəsində çalışıb.

Bütün xəbərlər