"Göygöl Şərab Zavodu" ASC-nin əməliyyat mənfəəti azalıb

11:01 - 30.06.2022


30 iyun, Fineko/abc.az. "Göygöl Şərab Zavodu" ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ ASC-nin hesabatına istinadən xəbər verir ki, ötən il zavodun xalis mənfəəti kəskin azalıb.

Belə ki, 2021-ci ildə ASC-nin əsas əməliyyat gəlirləri 17,6 milyon manat (2020-ci ilə nisbətən 15,3% az), icarə gəlirləri 1,2 milyon manat (dəyişməyib), ümumi əməliyyat gəlirləri 18,8 milyon manat (14,5% az), əməliyyat xərci 18,1 milyon manat (5,7% az), əməliyyat mənfəəti isə 717,4 min manat (3,8 dəfə az) təşkil edib.

 

Bütün xəbərlər