Ələt Azad İqtisadi Zonası bu ölkə ilə memorandum imzaladı

11:33 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Azərbaycanın Ələt Azad İqtisadi Zonası ilə Gürcüstanın "Hualing Kutaisi" Azad Sənaye Zonası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumu çərçivəsində imzalanıb.

Bildirilib ki, memorandum iki ölkənin iqtisadi əməkdaşlığını daha da genişləndirəcək, ticarət dövriyyəsinin əsaslı surətdə artmasına imkan yaradacaq.

Bütün xəbərlər