12:26 - 30.06.2022
30 iyun, Fineko/abc.az. Azərbaycanda qida yağlarında qiymət artımları davam edir və əsasən də duru yağlarda artım daha çox nəzərə çarpır.
ABC.AZ-ın Banker-ə istinadən məlumatına görə, 2022-ci ilin may ayında xaricdən idxal olunub, bazarda satılan günəbaxan yağı aylıq müqayisədə 5.1%, illik müqayisədə isə 34.9% artıb bir litri 5.61 manata yüksəlib.
Yerli istehsal günəbaxan yağının qiyməti isə 2.4%, illik müqayisədə isə 30.3% bahalaşıb, litri 4.98 manat olub.
Xaricdən idxal olunan qarğıdalı yağının qiyməti də bahalaşıb. Dövlət Statistika Komitəsi bildirir ki, onların bir litri 6.84 manata satılır. Bu da aylıq 4.3%, illik isə 22.3% bahalaşıb. Lakin onu da bildirməliyik ki, xaricdən idxal olunan qarğıdalı yağlarının böyük hissəsi real olaraq bazarda litri 8 manatdan yuxarı satılmaqdadır.
Yerli istehsal olan qarğıdalının bir aydakı qiyməti 1.9%, illik isə 16.2% bahalaşmaqla 6.09 manat/litr təşkil edib.
Kərə yağının qiymət artımında bir qədər soyuma müşahidə edilməkdədir. Məsələn may ayında yerli istehsal kərə yağının bir kq-ı orta ölçüdə 18.38 manat olub, bu da aylıq 0.4%, illik 11% bahalaşmadır. Xarici istehsal olanlar isə aylıq 1.8%, illik 16.2% bahalaşma ilə kiloqramı 19.38 manat olub.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024