Bakı yay səyahətləri üçün MDB-nin populyar şəhərlərinin ilk beşliyinə daxildir

11:04 - 22.05.2018


22 may, Fineko/abc.az. Turizm xidməti Tvil.ru yay  səfərləri üçün MDB-nin ən populyar şəhərlərini müəyyən edib.

Xidmətin məlumatında deyilir ki, reytinq 2018-ci il iyunun 1-dən avqustun 31-nə qədər  dövr ərzində  sorğuların və mənzil sifarişlərinin təhlili əsasında tərtib edilib.

“Bakı bu ilin yayında Rusiya turistləri arasında MDB-də ekskursiya və mədəni istirahət məkanının liderlərindən birinə çevrildi. Astana, Minsk, Almatı, Bakı və Yerevan, yay səyahətləri  üçün turistlər arasında məşhur olan MDB ölkələrinin ilk beşliyinə daxildir”, - məlumatda belə deyilir.

Tvil.ru saytının məlumatına əsasən, turistlər Bakıya  yay səfərləri üçün  ortalama  dörd gecə sifariş edirdilər və yaşayış üçün sutkada üç min rubldan çox  xərcləyəcəklər.

Turistlərin sorğusunun nəticələrinə görə, Bakı müasir memarlıq, muzeylər və ekskursiyalar, habelə alış-veriş və Xəzər dənizində üzmə imkanı ilə cəlb edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, rublun manata nisbətdə məzənnəsi 1 rubla 0,0276 manat təşkil edir.

 

 

Bütün xəbərlər