Azərbaycan və İran arasında Araz su anbarının su bölgüsü müəyyənləşdirilib

14:45 - 30.06.2022


30 iyun, Fineko/abc.az. İranın Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşünün Protokol layihəsinin müzakirəsi keçirilib.

Bu barədə ABC.AZ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaydığı məlumata istinadən xəbər verir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov  bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşünün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.

Bütün xəbərlər