“Utair” aviaşirkəti Sankt-Peterburqdan Bakıya birbaşa reyslərə başlayır

15:04 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Rusiyanın “Utair” aviaşirkəti iyul ayından etibarən Sankt-Peterburqdan Bakıya birbaşa reyslərə başlayır.

ABC.AZ xəbər verir ki,  bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

“İlin əvvəlində Moskvadan Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən isə Bakıya birbaşa reyslər açdıq, iyun ayında Qroznı və Ufadan Bakıya reys açdıq, iyul ayından isə Sankt-Peterburqdan uçuşlara başlamağı planlaşdırırıq. Biz yeni marşrutlar açmağa davam edəcəyik ki, sərnişinlərimiz həm Rusiyada, həm də MDB məkanında sərbəst şəkildə birbaşa uçuşlar həyata keçirə bilsinlər”. – deyə Şirkətin prezidenti Oleq Semenov qeyd edib.

Bütün xəbərlər