Rusiyadan taxıl dəhlizi üçün vacib addım

30.06.2022,15:49


30 iyun, Fineko/abc.az. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Qara dənizdəki İlan adasından qoşunlarını çıxardığını bəyan edib.

ABC.AZ rus mediasına istinadən xəbər verir ki, Rusiya bu geri çəkilmənin taxıl və kənd təsərrüfatı məhsullarının birlikdə ixracına olan xoş niyyətin əlaməti olduğunu açıqlayıb.

Qeyd edək ki,  ötən həftə Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl ixracı və Türkiyə gəmilərinin təhlükəsiz çıxışı ilə bağlı müzakirələr aparıblar.