Dövlət qurumu mənzillərin kirayəyə verilməsini müzakirəyə çıxarır

30.06.2022,16:41


30 iyun, Fineko/abc.az. Ölkə vətəndaşlarının onlara məxsus mənzillərin kirayəyə verməsi ilə bağlı müzakirələr aparılacaq.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti və MEDİA Agentliyinin jurnalistlər üçün təşkil etdiyi təlimdə Dövlət Vergi Xidmətinin idarə rəisi Rəşad Nuriyev bildirib.

O qeyd edib ki, Dövlət Vergi Xidməti sözügedən məsələ ilə bağlı müzakirələri aparmaqda məqsədi bu istiqamətdə mövcud olan "qara bazar"ı aradan qaldırmaqdır.

İdarə rəisi hazırda kirayə mənzil bazarında vergidən yayınma halların olduğunu da gizlətməyib: "İki şəxs öz aralarında razılaşırlar və notarial qaydada müqavilə bağlamırlar. Bütün bunları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarını növbəti illərdə vergi ödəməyə təşviq etmək üçün müzakirələr aparacağıq".

Müəllif: Elmir Murad