30.06.2022,17:03
30 iyun, Fineko/abc.az. Bakcell abunəçiləri eSIM əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən Bakcell bununla bağlı daha bir yenilik edib.
Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki mövcud Bakcell nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir. Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni eSIM virtual nömrəni əldə etmək mümkündür.
Smartfonun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır.
Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən istifadəyə verilmiş eSIM sayəsində plastik SIM karta ehtiyac qalmır. Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.
10.08.2022,14:10
Smartfon istehsalı və rabitə sahəsində texnologiyaların yaradılması üzrə ixtisaslaşan Çinin “Huawei” şirkəti avqustun 1-dən Rusiyada özünün “Vmall” onlayn mağazası və eyniadlı mobil tətbiqi vasitəsilə satışı dayandırıb. Şirkət bu qərarın səbəbini açıqlamayıb.
04.08.2022,10:21
10 Avgust 2022 | 17:32
10 Avgust 2022 | 17:20
10 Avgust 2022 | 17:18
10 Avgust 2022 | 17:02
10 Avgust 2022 | 16:57
10 Avgust 2022 | 16:33
10 Avgust 2022 | 16:27
10 Avgust 2022 | 16:10
10 Avgust 2022 | 15:36
10 Avgust 2022 | 15:24
10 Avgust 2022 | 15:19
10 Avgust 2022 | 15:02
10 Avgust 2022 | 14:37
10 Avgust 2022 | 14:23
09 Avgust 2022 | 17:24
09 Avgust 2022 | 14:26
09 Avgust 2022 | 17:04
09 Avgust 2022 | 14:37
09 Avgust 2022 | 15:41
09 Avgust 2022 | 14:49
09 Avgust 2022 | 15:10
09 Avgust 2022 | 15:40
09 Avgust 2022 | 15:01
09 Avgust 2022 | 15:57